Azərbaycan kikboksçuları Avropa çempionatının yarımfinalına yüksəliblər | |
WAKO-nun təqvim planına uyğun olaraq, Makedoniyada kikboksinq üzrə gənclər, kadetlər və yeniyetmələr arasında Avropa çempionatı keçirilir. Sentyabrın 10-dək davam edəcək çempionatda Azərbaycan idmançıları uğurla çıxış edirlər. Sentyabrın 6-da kikboksinq yarışının dörddəbir final mərhələsində 51, 54, 60, 86, 91 kiloqramdan yuxarı çəki dərəcələrində Azərbaycan idmançıları mübarizə aparıblar. Məhəmməd İmanov (51 kq), Elnur Qəşəmov (54 kq), Elşad Şahbazov (60 kq), Orxan Məhərrəmov (86 kq) və Ramiz Nadirov (91 kq-dan yuxarı) rəqiblərini məğlub edərək yarımfinala yüksəliblər. |
|
Xəbər 1474 dəfə oxundu. |
|
|