Şahmatçıların universal reytinqi dərc edilib | |
Şahmatçıların 2017-ci il sentyabrın birinə olan universal reytinqi (URS) dərc edilib. URS şahmatçıların klassik, rapid və blits yarışlarında iştirakını nəzərə alır. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2783 reytinqlə cədvəldə 7-ci yeri tutaraq ilk onluğa daxil olub. İlk üç yerdə müvafiq olaraq Norveç təmsilçisi Maqnus Karlsen (2858), ABŞ şahmatçısı Hikaru Nakamura (2797) və Fransa təmsilçisi Maksim Vaşye-Laqrav (2795) dayanıb. Azərbaycan şahmatçılarından yüzlüyə daxil olanlar sırasında Teymur Rəcəbov (2737) 20-ci yeri, Rauf Məmmədov (2706) 41-ci, Qədir Hüseynov (2686) 58-ci, Arkadi Naydiç 64-cü, Eltac Səfərli (2669) 80-ci yeri tutub. |
|
Xəbər 666 dəfə oxundu. |
|
|