Qadın voleybolçulardan ibarət Azərbaycan yığması İtaliya millisi ilə qarşılaşıb | |
Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama matçına çıxıb. Baş məşqçi Faiq Qarayevin yetirmələri Milan şəhərində İtaliya millisi ilə qarşılaşıblar. Görüş 3:0 (18:25, 23:25, 24:26) hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb. Qeyd edək ki, komandamızın İtaliya ilə daha bir neçə yoxlama oyunu keçirməsi nəzərdə tutulub. |
|
Xəbər 576 dəfə oxundu. |
|
|