Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Dünya Kubokunun ikinci dövrəsindədirlər | |
Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Tbilisidə keçirilən şahmat üzrə Dünya Kuboku turnirinin iki oyun günündən sonra ikinci dövrəyə çıxıblar. Şəhriyar Məmmədyarov 1,5:0,5 hesabı ilə Çin təmsilçisi Li Quancuya qalib gəlib, Teymur Rəcəbov eyni hesabla Farer adalarının təmsilçisi Helqa Ziskunu məğlubiyyətə uğradıb. FIDE-nin Dünya Kubokunun startına 128 şahmatçı çıxıb. Rəqiblər final dövrəsindən başqa hər bir dövrədə iki klassik partiya oynayırlar. Hesab bərabər olsa, tay-breyk oynanılacaq: hər biri 25 dəqiqə +10 saniyə çəkən iki partiya rapid; daha sonra lazım gələrsə, hər biri 10 dəqiqə +10 saniyə çəkən iki partiya rapid, iki sürətli partiya və “armageddon”. Finalda isə dörd klassik partiya oynanılacaq. Birinci dövrə sentyabrın 3-5-də, ikinci dövrə 6-8-də, üçüncü dövrə 9-11-də, dördüncü dövrə 12-14-də, beşinci dövrə 15-17-də, altıncı dövrə 19-21-də, final olan yeddinci dövrə 23-27-də keçiriləcək. |
|
Xəbər 1035 dəfə oxundu. |
|
|