Kişi voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində irəliləyib | |
Avropa Voleybol Konfederasiyası (CEV) kişilərdən ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Siyahı Azərbaycan yığması üçün uğurlu olub. Baş məşqçi Fərid Cəlalovun yetirmələri 4 pillə irəliləməklə 33-cü yerə yüksəliblər. Buna onların Avropa çempionatının birinci təsnifat mərhələsində və Avropa Liqasındakı çıxışı səbəb olub. İki yarışdan 44 xal əldə edən komandamız reytinq xalını 90-a çatdırıb. Qeyd edək ki, reytinq cədvəlinə Rusiya millisi başçılıq edir. Fransa ikinci, Serbiya isə üçüncü pillədə qərarlaşıb. |
|
Xəbər 702 dəfə oxundu. |
|
|