Bürünc medalı rus qızları qazandılar | |
Martın 25-də qadın voleybol komandaları arasında Çempionları Liqası yarışlarının bürünc mükafatı uğrunda oyun keçirilib. Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Komleksində İtaliyanın “Villa Korteze” və Rusiyanın “Dinamo” (Kazan) komandaları qarşılaşıblar. İlk iki setdə 25:13, 25:27 hesabı ilə rəqibinə qalib gələn “Dinamo” üçüncü hissədə 24:26 hesabı ilə məğlub olub. Buna baxmayaraq, inamlı oyun nümayiş etdirən Rusiya voleybolçuları dördüncü seti (25:23) öz xeyirlərinə başa vurub və Çempionlar Liqası yarışlarının bürünc medalına sahib olublar. Turnirin final mərhələsində Türkiyənin “Fənərbaxça” komandası Fransanın “Kann” kollektivi ilə qarşılaşacaq. |
|
Xəbər 1185 dəfə oxundu. |
|
|