Azad Rəhimov Qəbələdə vətəndaşlarla görüşdü | |
Bu gün gənclər və idman naziri Azad Rəhimov Qəbələ rayon Qafqaz Sport oteldə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki, İsmayıllı, şəhər və rayon sakinlərini qəbul edib. Ümumilikdə 20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda müxtəlif sahələri əhatə edən müraciətlər sırasında idman və gənclər üstünlük təşkil edib. Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər istiqamətini əhatə edib. İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı bu sahədə edilən müraciətlər sırasında olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb. |
|
Xəbər 1294 dəfə oxundu. |
|
|