Türkiyə, İtaliya, Rusiya və Fransa klubları Bakıya gəldilər

Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na start veriləcək.

Bakıda keçiriləcək həlledici mərhələnin oyunları Azərbaycan təmsilçisi olmadan baş tutacaq.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək turnirin qalibi adı uğrunda isə Türkiyənin “Fənərbaxça”, İtaliyanın “Villa Kortese”, Rusiyanın “Dinamo” (Kazan) və Fransanın “Kann” klubları mübarizə aparacaq. Turnirin açılış matçı martın 24-də saat 16:00-da start götürəcək. Final görüşü isə bir gün sonra saat 19:00-da başlayacaq.

24 mart
Yarımfinallar
16:00. “Kann” – “Villa Kortese”
19:30. “Fənərbaxça” – “Dinamo”

25 mart
3-cü yer uğrunda
16.00. Yarımfinallarda məğlub olanlar

Final
19:00. Yarımfinalda qalib gələnlər

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanın “Azərreyl” və “Rabitə” komandaları 1/4 finalda mübarizəni dayandırıblar.

Xəbər 1236 dəfə oxundu.