“Rabitə” bu dəfə də “Azərreyl”i məğlub etdi | |
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə yekun vurulub. “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan XIV turun mərkəzi oyunu “Azərreyl” və “Rabitə” arasında olub. İlk dövrədən fərqli, hər 2 komanda Çempionlar Liqası ilə vidalaşdığından derbi gərgin oyun vəd edirdi. Lakin “Azərreyl”in ötən mövsüm də daxil olmaqla rəqibi ilə bacarmadığını yenidən özünü göstərib. Təsadüfi deyil ki, komanda “Rabitə”yə ilk dövrədə olduğu kimi 0:3 hesabı ilə uduzaraq, yenə 1 set belə qazanmayıb. Nəticədə liderliyini möhkəmlədən dünya çempionları cari mövsümdə yeganə məğlubedilməz komanda olaraq qalır. Gözlənildiyi kimi, “İqtisadçı” – “Lokomotiv Biləcəri” matçında birincilərin asan qələbəsi ilə nəticələndi. “Lokomotiv”in “Azəryolservis”lə oyunda isə az qalan sensasiya baş verəcəkdi. Belə ki, hesabda 2:0 irəlidə olan debütanta matçı qalib kimi başa vurmaq üçün 1 seti qazanmaq lazım idi. Ancaq “Çelenc Cup”ın finalına yüksələn “Lokomotiv” əzmkarlıq göstərərək, 3 setdə qazanmaqla, matçı qalib başa vurdu. 21 mart XIV tur “İQTİSADÇI” – “LOKOMOTİV BİLƏCƏRİ” – 3:0 (25:19, 25:19, 25:15)İlk oyun: “LOKOMOTİV BİLƏCƏRİ” – “İQTİSADÇI” - 0:3 (11:25, 20:25, 17:25) “LOKOMOTİV” – “AZƏRYOLSERVİS” – 3:2 (16:25, 20:25, 25:17, 26:24, 15:5) İlk oyun: “AZƏRYOLSERVİS” – “LOKOMOTİV” - 0:3 (18:25, 22:25, 11:25) “AZƏRREYL” – “RABİTƏ” – 0:3 (21:25, 14:25, 23:25) İlk oyun: “RABİTƏ” – “AZƏRREYL” - 3:0 (25:14, 25:21, 25:20) Apasport.az |
|
Xəbər 1105 dəfə oxundu. |
|
|