Qrossmeysterimiz açıq Paris çempionatının liderlər qrupundadır
Fransada şahmat üzrə açıq Paris çempionatı keçirilir. Çempionatda 60 şahmatçı, o cümlədən on qrossmeyster iştirak edir.

Azərbaycanı turnirdə beynəlxalq usta Namiq Quliyev təmsil edir.

Beş turdan sonra 4 xal toplayan N.Quliyev yerli şahmatçılar Bilel Bellasen, Borya İder, Jules Mussar, Andrey Şekaçyov, habelə Sergey Fedorçuk (Ukrayna) ilə birlikdə liderlər qrupundadır. Altı şahmatçı hərəyə 3,5 xal, 12 şahmatçı hərəyə 3 xal toplayıb.

Püşkatmanın nəticələrinə görə, altıncı turda şahmatçımız ağ fiqurlarla B.İder (Fransa) ilə oynayacaq.

Açıq Paris çempionatı İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 1185 dəfə oxundu.