İspaniya Futbol Federasiyasının prezidenti həbs edilib | |
İspaniya Futbol Federasiyasının prezidenti Anhel Mariya Vilyar və oğlu bu gün həbs edilib. 67 yaşlı məmur korrupsiyaya qarşı mübarizə əməliyyatı nəticəsində həbs olunub. Federasiyanın bir neçə digər əməkdaşı, o cümlədən iqtisadiyyat məsələləri üzrə ekspert Xuan Padron da həbs edilib. Onlar qeyri-qanuni inzibatçılıq, israfçılıq, korrupsiya və saxta sənədlər hazırlanmasında ittiham olunurlar. 2015-ci ildə Vilyar FIFA və UEFA ətrafında başlayan korrupsiya qalmaqalına cəlb edilmişdi. Həmin vaxt FIFA-nın Etika Komitəsi FIFA və UEFA-nın vitse-prezidenti olan Vilyarın 2018 və 2022-ci il Dünya çempionatlarına ev sahibləri seçimində korrupsiya ilə bağlı açıqlama verməməsini araşdırıb. |
|
Xəbər 587 dəfə oxundu. |
|
|