“Mercedes” komandasının pilotu Valtteri Bottas Avstriya Qran-Prisinin qalibi olub | |
Formula-1 üzrə dünya çempionatının doqquzuncu yarışı – Avstriya Qran-Prisində “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib gəlib. Doqquzuncu yarışda pilotlar Şpilberqdəki “Redd Bull Ring”də 4326 metrlik trasda 71 dövrə vurublar. Valtteri Bottas 1 saat 21 dəqiqə 48,523 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 0,658 saniyə geri qalan Sebastian Fettel (“Ferrari”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 6,012 saniyə sonra finişə çatan Daniel Rikkardo (“Red Bull Racing”, 15 xal) tamamlayıb. Pilotların yarış cədvəlinə 171 xalla Sebastian Fettel başçılıq. Luis Hamilton (“Mercedes”) 151 xalla ikinci, V.Bottas isə 136 xalla üçüncü pillədə qərarlaşıb. Konstruktorlar kubokunda isə “Mercedes” 287 xalla birinci, “Ferrari” 254 xalla ikinci, “Red Bull Racing” isə 152 xalla üçüncü pillədə yer alıb. Çempionatın növbəti – onuncu yarışı olan Böyük Britaniya Qran-Prisi iyulun 14-16-da keçiriləcək. |
|
Xəbər 1362 dəfə oxundu. |
|
|