Azərbaycan şahmatçıları Türkiyədə liderlik edirlər
Ankarada Başkent Tibb Universitetinin şahmat üzrə beynəlxalq turniri keçirilir.

Turnirdə 7 ölkədən 173 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Azərbaycanı bu turnirdə qrossmeysterlər Fərid Abbasov, Vüqar Rəsulov, Ürfan Sevdimalıyev, beynəlxalq dərəcəli usta Ülvi Sadıxov, FIDE ustası Şəhriyar Rəhmanov, habelə Elnur Əliyev, Sadiq Məmmədov və Ramil Cavadov təmsil edirlər.

Altı turdan sonra 5,5 xal toplamış Fərid Abbasov və özbək Curabek Xamrakulov hamıdan irəlidədir. Azərbaycan şahmatçılarından Ülvi Sadıxov onlardan yarım xal, Ürfan Sevdimalıyev və Vüqar Rəsulov 1 xal, Şəhriyar Rəhmanov, Ramil Cavadov və Elnur Əliyev 1,5 xal geridədir.

Beynəlxalq turnir iyulun 6-da başa çatacaq.

Xəbər 1012 dəfə oxundu.