Su polosu üzrə açıq Bakı turnirinə yekun vurulub | |
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Su İdman Sarayında su polosu üzrə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş açıq paytaxt turniri keçirilib. BŞGİBİ-dən bildiriblər ki, turnirdə yerli komandalarla yanaşı, Təbriz kollektivi də iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Akvatik-I” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təbriz komandası gümüş, Su İdman Sarayının yetirmələri isə bürünc medala sahib olublar. Mükafatçılara diplom və xatirə hədiyyələri təqdim olunub. |
|
Xəbər 953 dəfə oxundu. |
|
|