“Galatasaray” klubu UEFA Avropa Liqasının qalibi olmuş braziliyalı futbolçunu transfer edib
Türkiyənin “Galatasaray” klubu yay fasiləsində növbəti transferini edib.

“Sarı qırmızılar” Braziliyanın “San Paulu” komandasının müdafiəçisi Maykon Pereyra Rokeni heyətinə qatıb. İyirmi səkkiz yaşlı futbolçu ilə dördillik müqavilə imzalanıb.

Braziliyalı futbolçunun bu vaxtadək çıxış etdiyi Cənubi Amerika klubuna 7 milyon avro ödənəcək. Müdafiəçi “Qalatasaray”da ildə 2,2 milyon avro qazanacaq.

Qeyd edək ki, 2009-2016-cı illərdə “Portu” klubunda çıxış edən Maykon bu komandanın heyətində Portuqaliya çempionatının və Super kubokunun, eləcə də UEFA Avropa Liqasının qalibi olub. Futbolçu ötən mövsüm transfer olduğu “Sao Paulo”nun heyətində isə Braziliya çempionatında 51 matçda forma geyinib.

AZƏRTAC

Xəbər 670 dəfə oxundu.