Beynəlxalq Olimpiya Komitəsinin prezidenti milli komitələrə məktub göndərib | |
Hər il iyunun 23-də bütün dünya ictimaiyyəti Beynəlxalq Olimpiya Gününü qeyd edir. Bu tarixdə hər bir ölkənin Milli Olimpiya Komitəsi (MOK) Olimpiya Qaçış Günü münasibətilə yarışlar, tədbirlər təşkil edir. Olimpiya Qaçış Gününün üstünlüyü onun yalnız idman hadisəsi olmasında deyil, fəal həyat tərzi, Olimpiya dəyərlərinin təbliği və yeni idman növlərini tərənnüm etməsindədir. Olimpiya Qaçış Gününün 3 əsas müddəasını - hərəkət etmək, öyrənmək və kəşf etmək prinsiplərini nəzərə alaraq, Milli Olimpiya komitələri idman, mədəni və maarifləndirici istiqamətlərdə fəaliyyət göstərir. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın Olimpiya Günü münasibətilə bütün Milli Olimpiya komitələrinə, həmçinin Azərbaycan MOK-a ünvanladığı ismarıcda bu günün unikallığı aydın görünür: “Hər il Olimpiya Günü bütün dünyaya idman sevincini bölüşmək, idman növləri ilə məşğul olmaq və Olimpiya dəyərləri ətrafında birləşməyə imkan verir. Olimpiya Günü ilkin olaraq müasir Olimpiya Hərəkatının yaradılması şərəfinə 1948-ci ildə qeyd olunub. Bizim daim inkişafda olan cəmiyyətimizdə, Olimpiya Günü idmanın təbliği, sağlam və fəal həyat tərzini rəhbərlik etmək və stimullaşdırmaq üçün gözəl vasitədir. Olimpiya Gününun dünyada təşviq etdiyiniz üçün bütün Milli Olimpiya komitələrinə təşəkkürümüzü bildirirəm. Təşkil etdiyiniz bir çox tədbirlər vasitəsilə, siz yaş, gender və ya qabiliyyətindən asılı olmayaraq, insanları fəal olmağa çağırır, idman və onun dəyərlərini daşıyırsınız, insanları ruhlandırırsınız”. Tomas Bax öz müraciətində Olimpiya Günü ruhunun qorunmasına görə minnətdarlığını bildirib. |
|
Xəbər 654 dəfə oxundu. |
|
|