Bakıda Formula-2 yarışlarına start verilib
İyunun 23-də Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula-2 yarışı üzrə sərbəst yürüşlərə start verilib.

45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 13:00-dan 14:30-dək Formula-1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da isə sıralama turu başlayacaq.

Azərbaycanda Formula-2 yarışının 7-ci və 8-ci mərhələləri təşkil edilir. Yarışlarda 21 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Ötən il Bakı şəhər halqasında (6 km) qeydə alınan ən sürətli dövrə A.Giovinazziyə məxsus olub – 1:51.752 (193,381 km/saat).

Bu həftəsonu yarışda bir sürücü dəyişikliyi olub. Belə ki, Sergey Sirotkin 7 nömrəli bolidin sürücüsü Aleksandr Albonu əvəzləyib. Oliver Rouland 3-cü mərhələdən sonra Şarl Lekler ilə arasında olan xal fərqini 26-dan 3-ə endirib.

Monte Karloda baş tutan 3-cü mərhələdən sonra “PREMA Racing” komandası komandalararası çempionatda birinciliyi əldən verərək 4-cü yerə düşüb.

“DAMS” komandası hələlik ən çox podyum sayına sahibdir. Bu komanda 5 dəfə fəxri kürsüyə çıxıb. “Russian Time” 4, “PREMA Racing” 3, “ART Grand Prix” komandası isə 2 dəfə birinci olub.

Formula-2 üzrə ilk 6 yarışın qalibləri Şarl Lekler, Oliver Rouland, Artem Markelov, Nobuharu Matsuşita və Nik Vriesdir. O.Rouland 6 yarış ərzində 4 dəfə podyuma çıxıb. Çempionatın lideri Ş.Lekler və O.Rouland arasında 3 xal fərq var. Komandalararası çempionatda “Russian Time” və “DAMS” komandaları arasında 14 xal fərq mövcuddur.

Xəbər 1112 dəfə oxundu.