I Avropa Oyunlarında çəkilən şəkil “Getty İmages”in tarixində 11 ən yaxşı idman fotosundan biri seçilib
Amerika Birləşmiş Ştatlarının “Getty İmages” foto agentliyi tarixinin 11 ən yaxşı idman fotosunu təqdim edib. Bu fotolardan biri ispaniyalı fotoqraf Devid Ramosun I Avropa Oyunları zamanı Bakıda lentə aldığı britaniyalı üzgüçü Rebeka Şervinin şəklidir.

“Getty İmages” foto agentliyi 1995-ci ildən fəaliyyət göstərir və dünyada ən böyük foto arxivinə malik agentliklərdəndir.

AZƏRTAC

Xəbər 621 dəfə oxundu.