“Kəpəz”in hazırlıq planı müəyyənləşdi | |
Yeni mövsüm üçün “Kəpəz”in hazırlıq planı məlum olub. İyulun 3-4-ü tarixlərində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 5-dən məşqlər üçün bir araya gələcəklər. Komanda iyulun 14-nə kimi paytaxtda hazırlaşacaq. Bu müddətdə Gəncə klubu bir yoxlama oyunu keçirməyi planlaşdırıb. Təlim-məşq toplanışının növbəti mərhələsi üçün “sarı-göylər” Türkiyəyə yollanacaq. “Kəpəz” ayın 15-dən 25-nə kimi Ərzurumda məşq edəcək. Qardaş ölkədəki toplanış dövründə komanda üç yoxlama oyunu keçirəcək. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaq. Türkiyədən qayıtdıqdan sonra “Kəpəz” çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək. |
|
Xəbər 682 dəfə oxundu. |
|
|