Arda Turanın meneceri futbolçunun “Barselona”da qalacağını bildirib | |
Türkiyə millisinin və “Barselona” klubunun yarımmüdafiəçisi Arda Turanın meneceri Əhmət Bulud son günlər futbolçunun kataloniyalıların heyətindən ayrılacağı ilə bağlı mətbuatda gedən xəbərlərə münasibət bildirib. Arda Turanın “Barselona” klubu ilə 2020-ci il iyunun 30-dək müqaviləsinin olduğunu vurğulayan Əhməd Bulud deyib: “Arda Turan heç bir kluba getməyəcək. “Barselona” klubunun rəhbərliyi də ondan məmnundur. Bizim heç bir komanda ilə görüşümüz olmayıb. Bu xəbərlər Ardanı və “Barselona” rəhbərliyini narahat edir. Arda Turan 2020-ci ilədək “Barselona”dır”. |
|
Xəbər 642 dəfə oxundu. |
|
|