Kempoçular Respublika Gününə həsr olunmuş turnirdə güclərini sınayıblar
28 May – Respublika Günü münasibətilə kempo döyüş növləri üzrə turnir keçirilib.

Abşeron Rayon Gənclər və İdman İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı, “Toğrul” Şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında kempo full və kempo submişn gi üzrə turnirdə 16 klubdan 190-na yaxın idmançı gücünü sınayıb.

Qalib idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 665 dəfə oxundu.