Stolüstü tennis üzrə kişilərin fərdi yarışının finalında İran təmsilçiləri qarşılaşacaqlar | |
Mayın 19-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilər arasında fərdi yarışların yarımfinal mərhələsi keçirilib. İlk görüş Qətər təmsilçisi Li Pinq və iranlı Darunk Alamiyan arasında baş tutub. Final uğrunda gərgin mübarizədə 4:3 hesabı ilə İran təmsilçisi Darunk Alamiyan rəqibini üstələyərək finala vəsiqə qazanıb. Növbəti görüşdə isə Türkiyə təmsilçisi Ahmed Li və iranlı Deronk Alamiyan qarşılaşıb. İran təmsilçisi Deronk Alamiyan 4:0 hesabı ilə rəqibini məğlub edib. Beləliklə, IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilər arasında fərdi yarışların final mərhələsində İran təmsilçiləri Darunk Alamiyan və Deronk Alamiyan “Bakı-2017”nin qızıl medalı uğrunda görüşə çıxacaqlar. Stolüstü tennis yarışları “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilir. |
|
Xəbər 688 dəfə oxundu. |
|
|