İslamiada: Azərbaycanın və Türkiyənin qadın voleybolçuları finala vəsiqə qazanıblar | |
Mayın 17-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışında yarımfinal görüşləri keçirilib. Birinci yarımfinal görüşündə Azərbaycan yığma komandası Tacikistan millisinə hər üç setdə asanlıqla qalib gəlib – 3:0 (25:6, 25:10, 25:6). İkinci yarımfinal görüşündə isə Türkiyənin və Qırğızıstanın qadın voleybolçuları üz-üzə gəliblər. Görüş Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb - 25:9, 25:14, 25:12. Beləliklə, qadın voleybolçuların yarışının mayın 18-də keçiriləcək sonuncu oyunlarında Tacikistan və Qırğızıstan komandaları bürünc medallar uğrunda üz-üzə gələcəklər. Final görüşündə isə Azərbaycan və Türkiyə milliləri çempion adı uğrunda yarışacaqlar. Kişilər arasında voleybol yarışına mayın 21-də yekun vurulacaq. |
|
Xəbər 554 dəfə oxundu. |
|
|