Nigar Nəsirova 10 metrdən pnevmatik tapança ilə atəşaçma yarışında üçüncü olub
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınların yarışında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında İran idmançısı Qolnouş Sebhatullah qalib gəlib.

O, 239.3 xal toplayıb. İkinci yerin sahibi misirli Afaf Elhodhod olub. Azərbaycan idmançısı Nigar Nəsirova 211.5 xalla bürünc medal qazanıb.

Digər idmançımız Zərifə Qasımova isə 171 xalla yarışı beşinci pillədə başa vurub.

Xəbər 708 dəfə oxundu.