AFFA-nın baş katibi seminar keçdi | |
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində Bakıda marketinq üzrə seminar təşkil olunub. İdman.com.az saytının məlumatına görə, seminarda öncə AFFA-nın baş katibi, DÇ-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov çıxış edib. Sonra FİFA-nın marketinq üzrə nümayəndələri Kim Yu və Martin Nussbaumer iştirakçılara marketinq işləri barədə ətraflı məlumat veriblər. Yerli Təşkilat Komitəsinin marketinq nümayəndələri Cavid Qarayev və Cəmilə Sultanova dünya çempionatı ilə bağlı aparılmış işlər barədə danışıb. Tədbirə qatılan FİFA partnyorları və dünya çempionatının yerli dəstəkçiləri – ARDNŞ, Xalq Bank və Bakcell – üçün müxtəlif marketinq imkanları təqdim ediblər. FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin biletlər üzrə direktoru Zaur Məmmədov isə ümumi bilet satışı strategiyası barədə məlumat verib. |
|
Xəbər 1201 dəfə oxundu. |
|
|