“Sevinirəm ki, bu matçda qol vurdum” | |
"Zədəli olduğuma görə son oyunlarda start heyətində meydana çıxa bilmirdim”. İdman.com.az saytının məlumatına görə, bu sözü "Neftçi"nin futbolçusu Denis Silva deyib. O, Azərbaycan kubokunun 1/4 finalının "Kəpəz"lə ilk oyunu barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Sevinirəm ki, bu matçda qol vurdum. Əsası odur ki, komandamız qələbə qazandı. Bununla belə arxayınlaşmırıq, qarşıda hələ cavab matçı var. Həmin görüşdə də qələbə qazanıb yarımfinala adlamaq istəyirik". Qeyd edək ki, “Neftçi”nin 2:1 qalib gəldiyi matçda hesabı Denis açıb. |
|
Xəbər 1220 dəfə oxundu. |
|
|