“Bakı-2017”nin ilk qızıl medalını Türkiyə idmançısı Akgün Ömər qazanıb | |
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ilk qızıl medalını mayın 13-də kişilər arasında atıcılıq yarışında 10 metr məsafədən pnevmatik tüfənglə atəş açma üzrə qalib gələn Türkiyə idmançısı Akgün Ömər qazanıb. Türkiyə təmsilçisi yarışda 249,8 xalla qızıl medala sahib olub. Banqladeşli Munna Rabbi Hasan 245,5 xalla ikinci, özbəkistanlı Səidxan Sayfuddınov isə 224.1 xalla üçüncü yeri tutublar. |
|
Xəbər 667 dəfə oxundu. |
|
|