"Novruz-2012"-yə start verilir | |
Martın 16-da Qırğızıstanın Bişkek şəhərində XIX Beynəlxalq "Novruz-2012" turniri start götürür. İdman.com.az saytı xəbər verir ki, Kojomkula adına İdman Kompleksində dairəvi üsulla keçiriləcək və martın 23-ə kimi davam edəcək turnirdə Azərbaycan basketbolçuları ilə yanaşı Özbəkistan, Rusiya, ABŞ, Qazaxıstan və Qırğızıstanın komandaları iştirak edəcək. Yığmamızın yarış cədvəli belədir: 17 mart "AİA" (ABŞ) - Azərbaycan 18 mart "Kapşaqay" (Qazaxıstan) - Azərbaycan 19 mart Azərbaycan - Özbəkistan 20 mart Azərbaycan - UrFU (Rusiya) 21 mart Azərbaycan - Qırğızıstan |
|
Xəbər 1080 dəfə oxundu. |
|
|