Berti Foqtsun məharəti
“Fikrimcə, 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatı bizim üçün gözəl təcrübə oldu. Komandada dostluq ruhu hökm sürürdü. Bilirdik ki, bunun hesabına digər yığmalara qalib gələ bilərik”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann deyib. 16 il öncə qalibi olduqları Avropa çempionatını xatırlayan ötənlərin məşhur hücumçusu milli komandamızın baş məşqçisi Berti Foqtsun əməyini qeyd edib.

Onun fikrincə, həmin vaxt Almaniya yığmasına Foqts kimi təcrübəli mütəxəssisin rəhbərlik etməsi nəticə qazanmalarında böyük rol oynayıb. O, millimizin çalışdırıcısının cadu etməyi ilə bağlı maraqlı faktı açıqlayıb: “Turnirin gedişində özümüzə rəhm etmirdik və əla futbol göstərirdik. Hərçənd ola bilər ki, turnirdə ən yaxşı deyildik. İtalyanlar bizdən bir az yaxşı idi. İngilislərin əla komandası vardı. Ancaq bizdə qələbə iradəsi vardı. Baş məşqçi Berti Foqts həmişə bizə cadunu təkrarlayırdı: heç bir ulduz yoxdur, ulduz – bu, komandadır. Bizim qələbəmiz bütün ölkənin nailiyyəti oldu”.

Xəbər 953 dəfə oxundu.