Azərbaycan kuboku: “Qarabağ”-“Qəbələ” oyununun hakimləri açıqlanıb | |
“Qarabağ” və “Qəbələ” klubları arasında keçiriləcək futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın final oyununa təyinatlar açıqlanıb. Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Fariz Yusifov olacaq. Ona Vaqif Musayev, Namiq Hüseynov və Əliyar Ağayev kömək edəcəklər. Görüşdə AFFA nümayəndəsi Əli Hüseynov, hakim-inspektor isə Məlik Həsənov olacaq. “Qarabağ”-“Qəbələ” oyunu mayın 5-də saat 16:00-da başlayacaq. |
|
Xəbər 735 dəfə oxundu. |
|
|