“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib
Mayın 3-də ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verilib.

Turun birinci mərhələsi Dövlət Bayrağı Meydanında başlayıb və velosipedçilər 150 kilometr qət edərək Sumqayıta çatacaqlar.

Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.

İştirakçılar ikinci mərhələdə Bakı-İsmayıllı (187 km), üçüncü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.

Xəbər 1358 dəfə oxundu.