Təlim iştirakçılarına sertifikatlar təqdim olunub | |
Xəbər verdiyimiz kimi, aprelin 17-də və 18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında AFFA ilə əməkdaşlıq əsasında İxtisasartırma Proqramları çərçivəsində futbol jurnalistikası təlimi keçirilib. Mayın 2-də ADBTİA-da təlimdə iştirak edən jurnalistlərə müvafiq sertifikatlar təqdim olunub. Akademiyanın rektoru Fuad Hacıyev sertifikatları təqdim edərək təlimdə iştirak etmiş media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. |
|
Xəbər 651 dəfə oxundu. |
|
|