“Sumqayıt” futbol klubu ev oyunlarında rəqibin qapısından 100-cü topu keçirib | |
Premyer Liqanın 28-ci turunun “Qəbələ” ilə oyununda hesabı açan “Sumqayıt” futbol klubunun hücumçusu Amil Yunanov klubun tarixinə komandanın ev oyunlarında vurulan 100-cü qolun müəllifi kimi tarixə düşüb. Bu matçadək komanda öz meydanında 99 dəfə fərqlənmişdi. “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən Samir Abasovun yetirmələri bu rəqəmi 101-ə çatdırıb. Futbol klubu bu qolları 98 matçda vurub. 32 qələbə, 28 heç-heçə və 38 məğlubiyyəti olan komanda evdə 114 top buraxıb. |
|
Xəbər 649 dəfə oxundu. |
|
|