Parisa Arab: Bakının "Külələr şəhəri" olduğu haqqında eşitmişdim
Bakı marafonuna ilk dəfədir qatılıram. Çox sevindirici haldır ki, yarışı mükafatçılar sırasında başa vura bildim. Bakının "Küləklər şəhəri" olduğu haqqında eşitmişdim. Ancaq bu gün bunun şahidi oldum.

Bu sözləri "Bakı Marafonu-2017"nin qadınlar arasında yarışında bürünc medal qazanan iranlı Parisa Arab deyib.

Bildirib ki, yarış çox gərgin keçib. Havanın isti olmasına baxmayaraq, özümdə güc toplayıb finiş xəttinədək irəlilədim. Bunu özüm üçün uğur hesab edirəm.

"Bakı çox möhtəşəm şəhərdir. Bu, ölkənizə ilk səfərimdir. Burada özümü sanki nağıllar aləmindəki kimi hiss edirəm. İnsanlar çox mehriban, gülərüz və qonaqpərvərdirlər. Ümid edirəm ki, bu, Bakıya sonuncu səfərim olmayacaq”, - deyə Parisa Arab əlavə edib.

Xəbər 614 dəfə oxundu.