Vitali Kliçko dünya çempionu titullarını geri qaytara bilməyib | |
Ukraynalı Vitali Kliçko Beynəlxalq Boks Federasiyası (IBF) və Dünya Boks Assosiasiyası (WBA) versiyaları üzrə superağır çəkidə dünya çempionu titullarını qazana bilməyib. Kliçko Londonun “Uembli” stadionunda keçirilən 12 raundluq döyüşün 11-ci raundunda britaniyalı Entoni Coşuaya texniki nokautla uduzub. Ukraynalı boksçu bu dəfə də 2006-cı ildə (IBF) və 2011-ci ildə (WBA) sahib olduğu iki mötəbər versiya üzrə çempion titullarını qaytarmağa nail olmayıb. Hazırda 41 yaşlı Vitali Kliçkonun hesabında 64 qələbə (53-ü nakautla), 5 məğlubiyyət var. 27 yaşlı Entoni Coşua üçüncü dəfə İBF versiyasında dünya çempionu titulunu qoruya bilib. O hələ də professional rinqdə məğlubiyyət acısı dadmayıb: 19 qələbə - hamısı da nokautla. |
|
Xəbər 840 dəfə oxundu. |
|
|