Bakıda aprel döyüşlərinə həsr olunan beynəlxalq cüdo yarışı keçirilib | |
Aprelin 20-də Bakı İdman Sarayında aprel döyüşlərinə həsr edilmiş 21 yaşadək cüdoçular arasında beynəlxalq komanda yarışı keçirilib. 101 idmançının (82 oğlan, 19 qız) iştirak etdiyi beynəlxalq turnirdə 12 komanda qalib adı uğrunda mübarizə aparıb. “Aran-Qarabağ”, “Gəncə”, “Judo 2012”, “Masallı”, “Neftçi İdman Klubu” İB, “Qəbələ”, “Sumqayıt”, “Şimal Qərb” zonası, Bakı UGİM-11, İOEUGİM-13 klubları ilə yanaşı, Rusiya və Gürcüstan milliləri də turnirdə iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda “Neftçi” idman klubu və Rusiya yığması üçüncü olub. Final qarşılaşmalarından əvvəl yarışın açılış mərasimi keçirilib. Həlledici görüşdə Gürcüstan millisi ilə “Judo 2012” komandası qarşılaşıb. Gürcüstan millisi qalib gələrək beynəlxalq yarışın qalibi olub. |
|
Xəbər 1054 dəfə oxundu. |
|
|