Gəncə azarkeşlərindən yenə rekord göstərici | |
Topaz Premyer Liqasının XXV turunun “Kəpəz” – “Neftçi” qarşılaşması yeni rekordla əlamətdar olub. Gəncə şəhər stadionunda keçirilən qarşılaşmanı 10000 tamaşaçı izləyib. Bu da mövsümün 2017-ci ilə aid hissəsi üçün rekord göstəricidir. Ümumilikdə isə mövsümdə 4-cü dəfə bir qarşılaşmaya 10000 və ya daha çox tamaşaçı toplaşıb. İlk üç oyun da Gəncə stadionunda baş tutub. Həmin görüşlər mövsümün ilk yarısına təsadüf edib. “Kəpəz”in evdə “Qarabağ”la oyununu 14238, “İnter”lə matçını 10650, “Zirə” ilə görüşünü 10000 seyrçi izləyib. Mövsümün 3-cü göstəricisinin təkrarı olan “Kəpəz” – “Neftçi” matçı qış fasiləsindən sonrakı dövr üçün mütləq rekorddur. Xatırladaq ki, “Kəpəz” “Neftçi” ilə ev oyununda 2:0 hesabı ilə qalib gəlib. |
|
Xəbər 612 dəfə oxundu. |
|
|