Eltac Səfərli “Dubay open-2017” turnirinin gümüş mükafatçısı olub | |
“Dubay open-2017” beynəlxalq şahmat turnirində blits-turnir keçirilib. 104 şahmatçının, o cümlədən 20 qrossmeysterin iştirak etdiyi blits-turnirdə 9 mümkün xaldan 7,5 toplamış Gürcüstan nümayəndəsi Levan Pantsulaya qalib gəlib. Azərbaycanlı qrossmeyster Eltac Səfərli də L. Pantsulaya ilə eyni sayda xal toplayıb, lakin əlavə göstəricilər nəzərə alınmaqla Gürcüstan nümayəndəsi qalib hesab edilib. Beş şahmatçı: Ər Salem (Dubay), Anton Korobov (Ukrayna), Bartoş Soçko (Polşa), Sergey Jiqalko (Belarus) və Havain Cons (İngiltərə) hərəsi liderdən yarım xal az toplayıb. |
|
Xəbər 659 dəfə oxundu. |
|
|