Helsinkidə UEFA-nın 41-ci Konqresi keçirilir | |
Aprelin 5-də Helsinkidə UEFA-nın 41-ci Konqresi işə başlayıb. İclasda UEFA prezidentinin və İcraiyyə Komitəsinin hesabatları dinləniləcək, qurumun illik büdcəsi müzakirə ediləcək. Konqresdə, həmçinin UEFA-nın prezidenti, İcraiyyə Komitəsinin üzvlüyü vəzifələrinə, eləcə də FIFA Şurasında Avropanı təmsil edəcək üzvlərlə bağlı seçkilər keçiriləcək, təşkilati məsələlərə baxılacaq. Konqresdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edirlər. AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. |
|
Xəbər 524 dəfə oxundu. |
|
|