Boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından bildiriblər ki, Respublika Boks Mərkəzində keçirilən ölkəmizin şəhər və rayonlarını təmsil edən 237 idmançı çempionluq uğrunda mübarizə aparıb.

Çempionatda Əli Zamanov (44 kq), Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq) qızıl medallara layiq görülüblər. Orta çəki dərəcələrində isə Elmir Novruzov, Rüfət Mustafazadə, Səlim Səlimov və Rüfət Nəbiyev fərqləniblər. Nisbətən ağır çəki dərəcələrində Cahid Qurbanov, Əmri Novruzov, Adil Vəliyev və Vüqar Səmədov Azərbaycan çempionu adını qazanıblar.

Komanda hesabında “Rabitə” klubu birinci, “Neftçi” kollektivi ikinci, Sumqayıt boksçuları isə üçüncü yeri tutub.

Xəbər 739 dəfə oxundu.