Cənubi Amerikadan Azərbaycana | |
17 yaşlı futbolçu qızlar arasında Cənubi Amerika çempionatında ilk tur başa çatıb. İdman.com.az saytı xəbər verir ki, bu il ölkəmizdə keçiriləcək dünya çempionatına seçmə xarakteri daşıyan yarışın 2-ci günündə 2 görüş təşkil edilib. Boliviyada start götürən rəqabətin «A» qrupunda ilk matçlar sensasiyasız ötüşüb. Meydan sahibləri Perunu 4:1, Argentina mililsi isə Ekvadoru 1:0 hesabı ilə üstələyib. Bir gün əvvəl, «B» qrupunda keçirilmiş qarşılaşmalarda Kolumbiya Venesuelanı 2:1, Braziliya seçməsi Paraqvayı 7:0 hesabı ilə məğlub etmişdi. |
|
Xəbər 867 dəfə oxundu. |
|
|