Budapeştdə şahmat üzrə “Yaz festivalı-2017 | |
Bugün Budapeştdə şahmat üzrə “Yaz festivalı - 2017” start götürüb. Açıq turnirdə 39 ölkədən 156 şahmatçı, o cümlədən 34 qrossmeyster iştirak edir. Azərbaycanın idman şərəfini qrossmeyster Nicat Abbasov, beynəlxalq dərəcəli usta Nail Bəşirli, FIDE ustaları Vüqar Əsədli və Abdulla Qədimbəyli qoruyurlar. İsveçrə sistemi üzrə keçirilən “Yaz festivalı-2017” turniri 9 turdan ibarətdir. |
|
Xəbər 873 dəfə oxundu. |
|
|