UEFA Avropa Liqasının dörddəbir final mərhələsində qarşılaşacaq rəqiblər müəyyənləşib | |
Martın 17-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb. Yarışın bu mərhələsində 7 ölkə təmsilçisi çıxış edir. Dörddəbir finalda yalnız Belçika 2 komanda ilə təmsil olunacaq. Püşkün nəticəsi aşağıdakı kimidir: Anderlext” (Belçika) - “Mançester Yunayted” (İngiltərə) “Selta” (İspaniya) - “Genk” (Belçika) “Ayaks” (Hollandiya) - “Şalke” (Almaniya) “Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə) Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək. |
|
Xəbər 686 dəfə oxundu. |
|
|