“Neftçi İdman Klubu”nun damaçıları ölkə birinciliyində uğurla çıxış ediblər
Respublika Şahmat Mərkəzində oğlanlar və qızlar arasında 64 xanalı dama üzrə Azərbaycan birinciliyi keçirilib.

“Neftçi İdman Klubu”nun təmsilçilərindən Famil Kamilli 10 oyuna 20 xal toplayaraq 19 yaşadək oğlanlar arasında növbəti dəfə ölkə çempionu olub. On üç yaşadək qızlar arasında keçirilən yarışda Ülkər Babanlı eyni uğura imza atıb (10 oyuna 20 xal) və qızıl medala sahib olub.

Klubun digər idmançısı Yusif Rəhimli isə 11 oyundan 21 xallıq nəticə ilə Azərbaycan birinciliyinin qalibi adını qazanıb.

Dördqat Avropa və dünya çempionu Famil Kamilli bu titulu 27-ci, Avropa çempionu Ülkər Babanlı 7-ci, Yusif Rəhimli isə ilk dəfədir ki, qazanır.

Qaliblər apreldə Rusiyada Avropa çempionatında və avqustda Bolqarıstanda təşkil olunacaq dünya çempionatında iştirak etmək hüququna yiyələniblər.

Xəbər 762 dəfə oxundu.