Boks üzrə IX “Böyük İpək yolu” turniri keçiriləcək | |
Martın 14-də Azərbaycanda ənənəvi IX “Böyük İpək yolu” beynəlxalq turnirinə start veriləcək. Yarışda əvvəlki illərdən fərqli olaraq qadın komandaları da iştirak edəcək. Üç gün davam edəcək turnirdə kişilərdən ibarət Azərbaycan milli komandası ilə yanaşı, Rusiya və İran komandaları tam heyətlə yarışacaq. Bundan başqa, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qatar seçmələri də turnirdə təmsil olunurlar. Qadınların mübarizəsində isə komandamızdan başqa, Türkiyə, Ukrayna və Belarus boksçuları da çempionluq uğrunda mübarizə aparacaqlar. Ümumilikdə 100-dək boksçunun iştirak edəcəyi turnirə martın 17-də yekun vurulacaq. |
|
Xəbər 1019 dəfə oxundu. |
|
|