Elxan Məmmədov: Dünya çempionatı bizim üçün sınaqdır
“Dünya çempionatının təşkilatçılığı ilə bağlı namizədliyimizi verəndə bizim üçün 2 əsas prioritet var idi. Birincisi ölkəmizdəki infrastrukturun inkişafına nail olmaq, ikincisi isə qadın futbolunun inkişafı”. İdman.com.az saytının məlumatına görə, bu sözü AFFA-nın baş katibi, 17 yaşadək qızlar arasında Azərbaycanda bu il keçiriləcək dünya çempionatının Yerli Təşkilat Komitəsinin rəhbəri Elxan Məmmədov deyib.

Bu gün “Dalğa Arena”da start götürən “Qızların Futbol Festivalı” ilə bağlı mətbuat konfransında o, mundialla bağlı fikirlərini açıqlayıb: “Bu yarış bizim üçün böyük sınaqdır. Artıq imtahanın içindəyik. Çempionatla bağlı FİFA rəhbərliyi ilə tez-tez görüşlərimiz olur. Təbii ki, müəyyən səhvlərimiz olur. Səhv edə-edə öyrənirik. FİFA tərəfindən edilən tövsiyələrlə dünya çempionatını yaxşı təşkil etməyə çalışırıq. Bu turniri yaxşı təşkil etsək, daha mötəbər yarışlara ev sahibliyi etmək imkanı qazana bilərik”.

Elxan Məmmədov, mundialdakı təhlükəsizlik məsələlərinə də toxunub: “Dünya çempionatı zamanı təhlükəsizlik yüksək səviyyədə olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Nazirlər kabineti bununla bağlı müvafiq göstərişlər veriblər. Bununla bağlı bizim də güc strukturları ilə görüşlərimiz olur”.

Xəbər 1097 dəfə oxundu.