Ağır atletlərimiz “Fəcr kuboku” yarışında yeddi medal qazanıblar | |
Ağır atletika üzrə Azərbaycan yığma komandası İranın Əhvaz şəhərində keçirilən ikinci beynəlxalq “Fəcr kubok”u yarışında 7 medal qazanıb. Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, turnirdə Sənan Mirzəyev (85 kq) birdən qaldırma hərəkətində 141 kiloqramı ram edib. O, bu nəticə ilə üçüncü olub. Təkanla qaldırmada isə 167 kiloqramı başı üzərinə qaldıran S.Mirzəyev dördüncü yeri tutub. Ruslan Rzazadə (56 kq) birdən qaldırma hərəkətində 98 kiloqramı ram edərək gümüş medala sahib olub. Allahyar Abışov (62 kq) birdən qaldırmada 120 kiloqramı ram edib. O, bu göstərici ilə bütün rəqiblərini üstələyib. A.Abışov təkanla qaldırmada 142 kiloqramı başı üzərinə qaldıraraq üçüncü yeri tutub. Beləliklə, Azərbaycan yığması “Fəcr kuboku” turnirini üç bürünc, həmçinin ayrı-ayrı hərəkətlərdə - birdən qaldırmada bir qızıl, bir gümüş və bir bürünc, təkanla qaldırmada isə bir bürünc medalla başa vurub. Millimiz topladığı 465 xal və qazandığı 7 medal sayəsində komanda hesabında dördüncü yeri tutub. |
|
Xəbər 1192 dəfə oxundu. |
|
|