Zlatan İbrahimoviç karyerasını ABŞ-da davam etdirə bilər | |
Zlatan İbrahimoviç mövsümün sonu “Mançester Yunayted”dən ayrıla bilər. ABŞ-ın “La Qalaksi” futbol klubu isveçli hücumçunu transfer etmək istəyir. MLS liqasında mübarizə aparan komanda Z.İbrahimoviçə rekord məbləğdə müqavilə təklif edib. Otuz beş yaşlı futbolçunun ABŞ-da oynamağı qəbul edəcəyi bildirilir. Qeyd edək ki, Z.İbrahimoviçin “Mançester Yunayted” ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. |
|
Xəbər 780 dəfə oxundu. |
|
|