Bakıda 200-dən çox idmançı tatami üzərində qarşılaşacaq
Azərbaycanın paytaxtında cüdo üzrə beynəlxalq “Böyük dəbilqə” turnirinə start verilib.

Üç gün ərzində 32 ölkədən 200-dən çox idmançı bu turnirin mükafat fondu uğrunda mübarizə aparacaq və qarşıdakı yarışlar üçün xallar qazanacaqlar.

Yarışın mükafat fondu 154.000 dollar təşkil edir. 3 tatami üzərində aşağıdakı çəki dərəcələrində mübarizə gedir: kişilər - 60, 66, 73, 81, 90, 100, +100 kq, qadınlar - 48, 52, 57, 63, 70, 78, +78 kq.

Azərbaycan kişilərdən ibarət yığmasının tərkibində tatami üzərinə aşağıdakı idmançılar çıxacaqlar: Orxan Səfərov, Oruc Vəlizadə, Mehman Sadiqov, Natiq Qurbanlı (hamısı - 60 kq), Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Vüqar Şirinli, Emil Həsənov (hamısı - 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Elvina Mustafayeva, Telman Vəliyev (hamısı - 73 kq), Afiq Səfərli, Rüfət İsmayılov, Tural Hüseynov, Vüqar Bayramov (hamısı - 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfiquluyev, Əbdülhaqq Rəsullu, Aslan Mirzəyev (hamısı - 90 kq), Elmar Qasımov, Elxan Məmmədov, Zelim Kotsoyev, Sənan Əhmədov (hamısı - 100 kq), Uşanqi Kokauri, İsa Hüseynov, Ayxan Cəfərov və Kənan Abdullaxanlı (hamısı – 100 kq-dan yuxarı).

“Böyük dəbilqə” turnirinə Azərbaycanın qadınlardan ibarət komandasının tərkibinə 23 idmançı daxildir: Ayişə Qurbanlı, Leyla Əliyeva, Şəfəq Məmmədova, Şəfəq Həmidova (hamısı - 48 kq), Nəzakət Əzizova, Gülşən Nəzərova, Gültac Məmmədəliyeva (hamısı - 52 kq), Səkinə Zairova, Leyla Şahin, Günel Bəkirzadə, Şahan Alməmmədova (hamısı - 57 kq), Xanım Hüseynova, Nuriyyə Axundova, Gülsədəf Kərimova, Diana Şoranova (hamısı - 63 kq), Validə Mirzəzadə, Nərgiz İbrahimova, Rəfiqə Mənsimova, Nərgiz Hacıyeva (hamısı - 70 kq), Günel Həsənli, Fəridə Səfərova (hər ikisi - 78 kq), Şəms Hacıyeva və Bəsti Səfərova (hər ikisi – 78 kq-dan yuxarı).

Xəbər 999 dəfə oxundu.