Tur yalnız Gülnar üçün uğurlu oldu
Türkiyənin Qaziantəp şəhərində keçirilən qalınlar arasında Avropa çempionatının 7-ci turu aparıcı Azərbaycan şahmatçılarından yalnız Gülnar Məmmədova üçün uğurlu olub. İdman.com.az saytının məlumatına görə, şahmatçımız estoniyalı Monika Sıqanovaya qalib gələrək xalını 4-ə çatdırıb. Zeynəb Məmmədyarova slovakiyalı Monika Motısakovaya, Nərgiz Umudova isə ermənistanlı Mariya Kursovaya yenilərək mübarizəni 3 xalla davam etdirirlər.

Xəbər 1085 dəfə oxundu.